BAYRAQDAR MEDİA – Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) baş siyasət direktoru Karolin Vik ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “görüşdə Azərbaycanda süni intellekt məlumat mərkəzlərinin yaradılması, rəqəmsal infrastrukturun inkişafı, eləcə də nəqliyyat və logistika sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin Orta Dəhlizin inkişafı, dayanıqlı təchizat zəncirlərinin gücləndirilməsi və birgə investisiya layihələrinin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb”.






İlk şərhi yaza bilərsiniz