Press "Enter" to skip to content

550 nəfər üçün kibertəhlükəsizlik təlimi

Kafkas Universiteti

BAYRAQDAR MEDİA – Qars Polis İdarəsi Qafqaz Universitetinin Qars şəhərində və Sarıqamışda yerləşən üç fakültəsinin 550 tələbə və akademik heyət üzvünə kibertəhlükəsizlik təlimləri keçirib.

Bu barədə Qafqaz Universitetinin məlumatında qeyd edilib.

Məlumata görə, təlimlər İqtisadiyyat və İdarəetmə Elmləri, Sarıqamış İdman Elmləri və Sarıqamış Turizm fakültələrində təşkil olunub. Seminarlarda internet vasitəsilə törədilən dələduzluq cinayətləri, kibertəhdidlər və qanunsuz mərc fəaliyyəti barədə məlumat verilib.

Bundan başqa, təhlükəsiz internetdən istifadə və şəxsi məlumatların qorunması məsələləri diqqətə çatdırılıb.

Tədbirlərin əsas məqsədi tələbə və akademik heyətin rəqəmsal təhlükələr barədə məlumatlılığını artırmaq olub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.