Press "Enter" to skip to content

1646-Osmaniye fıstığı festivalının üçüncüsü keçirilib-7

BAYRAQDAR MEDİA – Osmaniye Korkut Ata Universitetinin rektoru, professor Turqay Uzun Osmaniye Bələdiyyəsinin bu il üçüncü dəfə təşkil etdiyi Osmaniye Fıstığı Festivalının açılış mərasimində iştirak edib.

Universietin məlumatına görə, festival kortej yürüşü ilə başlayıb. Tədbirə Osmaniye valisi Mehmet Fatih Serdengeçti, AK Partiyanın Osmaniye millət vəkili Seydi Gülsoy, bələdiyyə sədri İbrahim Çenet, rektor Turqay Uzun və çoxsaylı sakinlər qatılıblar. Kortej Akyar küçəsindən festivalın keçirildiyi Atatürk küçəsinə qədər hərəkət edib.

Vali Mehmet Fatih Serdengeçti çıxışında yer fıstığının istehsaldan satışa qədər bütün mərhələlərdə Osmaniye üçün mühüm iqtisadi dəyər daşıdığını bildirib. Açılışdan sonra rektor və digər rəsmilər festival ərazisindəki stendlərlə tanış olublar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.