Press "Enter" to skip to content

Cümhuriyyət bayramında liderlərin iştirakı ilə Millət Meşəsi açılacaq

Kürşad Zorlu

BAYRAQDAR MEDİA – TDT-nin XIII Dövlət başçılarının Zirvə görüşü çərçivəsində oktyabrın 29-da, Cümhuriyyət bayramı günü Prezident Kompleksində yerləşən Millət Meşəsinin açılışı keçiriləcək.

Bunu AK Partinin sədr müavini, Ankara millət vəkili və partiyanın Türk Dövlətləri ilə Əlaqələr üzrə sədri, Prof. Dr. Kürşad Zorlu deyib.

K. Zorlu buranın Türkiyənin tarixi mövqeyini və kimliyini gələcəyə ən güclü şəkildə çatdıran məkanlardan biri olacağını deyib. Açılışda Türk dünyasının ortaq tarixi irsi ön plana çıxacaq.

Onun sözlərinə görə, ölkələr arasındakı tarixi və mədəni bağların rəmzi kimi 16 Türk dövlətinin bayrağının tam mərkəzində Bilgə xaqan, Kül Tigin və Tonyukuk abidələrinin eynilə hazırlanmış nümunələri dövlət başçılarının iştirakı ilə dünyaya təqdim ediləcək.

Yenidən qurulan Sivilizasiyalar parkı barədə də məlumat verən Zorlu bildirib ki, parkda Türk dövlətlərinin tarixi və mədəni irsini əks etdirən elementlər yer alacaq. Tamamilə yenidən qurulan parkın girişində türk xalqının Anadoludakı mövcudluğunu sənədləşdirən Ahlat məzar daşlarının surətləri, hər üzv ölkəni təmsil edən otaqlar və dünyaca məşhur tarixi abidələr yerləşdirilib.

Proqram çərçivəsində at şousunun da təşkil olunacağını deyən Zorlu bildirib ki, Malazgird çadırında hər ölkəni təmsil edən atların iştirakı ilə xüsusi nümayiş keçiriləcək.
Liderlərin iştirakı ilə tarixi Cümhuriyyət bayramı qəbulu

Türk dövlətlərinin liderlərinin Cümhuriyyət bayramı tədbirlərinə qatılacağını bildirən Zorlu, həmin gün Prezident Kompleksində liderlərin iştirakı ilə tarixi qəbulun keçiriləcəyini deyib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.