BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) və Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Zəfər gecəsi” inklüziv-mədəni tədbiri keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Vətən müharibəsinin 6-cı ildönümünə həsr olunan tədbirdə şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin xalqımızın əbədi qürur mənbəyi olduğu vurğulanıb. Tədbirdə şəhidlərin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər şəxslər iştirak ediblər”.
Daha sonra xəbərdə, “”Zəfər gecəsi”ndə Agentliyin Sosial Xidmət Mərkəzlərində göstərilən xidmətlərdən yararlanan uşaqlardan ibarət “Parla” inklüziv mədəni kollektivi və Səid Rüstəmov adına 3 saylı Uşaq İncəsənət Məktəbinin şagirdləri çıxış ediblər. İştirakçılar vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, mahnılar ifa edib və rəqs nömrələri təqdim ediblər. Tədbir uşaqlarda vətənpərvərlik ruhunun gücləndirilməsi, onların yaradıcılıq bacarıqlarının inkişafı və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi məqsədi daşıyıb” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz