Press "Enter" to skip to content

Yeni işıqforlar quraşdırılıb

Yeni işıqforlar quraşdırılıb

BAYRAQDAR MEDİA – Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin kəsişməsində yeni işıqforlar quraşdırılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya NİİM-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “yaxınlıqda ictimai iaşə obyektlərindən və Heydər Əliyev parkından istifadə edənlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə kəsişmədə “L” və “A” tipli ümumilikdə 6 nəqliyyat və piyada bölməli işıqforlar istifadəyə verilib”.

Mərkəz tərəfindən piyada və nəqliyyat intensivliyi nəzərə alınaraq piyada keçidlərinin işıqforlarla nizamlanması istiqamətində işlər davam etdirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.