Press "Enter" to skip to content

Universitet tələbələrindən nümunəvi addım

Kafkas Universiteti

BAYRAQDAR MEDİA – Qars Qafqaz Universitetinin könüllü tələbələri ətraf mühitə dair maarifləndirməni artırmaq və ümumi istifadə sahələrini təmizləmək məqsədilə kampusun müxtəlif ərazilərində zibil toplayıblar.

Universitetin Meşə Klubunun təşəbbüsü ilə “Atdığımızı toplayırıq, kampusumuzu gözəlləşdiririk” şüarı altında keçirilən tədbir Sahibkarlıq Klubu, Tikinti İşləri və Texniki İdarə, eləcə də Qars Meşə Təsərrüfatı İdarəsinin əməkdaşlığı ilə təşkil olunub.

Könüllülər kampusun müxtəlif hissələrində eyni vaxtda təmizlik işləri aparıblar. Tədbirin məqsədi ümumi istifadə məkanlarının qorunması ilə bağlı məsuliyyət hissini gücləndirmək və tələbələrin ekoloji təşəbbüslərdə iştirakını təşviq etmək olub.

Meşə Klubunun məsləhətçisi, dosent Rahimə Özgün Kehya bu fəaliyyətin Qars şəhərində də ekoloji fərqindəlik yaradacağına ümid etdiklərini bildirib. O, tədbirlərin mütəmadi keçirilməsinin planlaşdırıldığını qeyd edib.

Klubun sədri, Gözəl Sənətlər fakültəsinin tələbəsi Məhəmməd Ekinci isə daha təmiz və yaşıllıqlı kampus yaratmaq üçün çalışmaqdan məmnunluğunu ifadə edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.