Press "Enter" to skip to content

Rektor Qars valisi ilə görüşüb

Ardahan Universiteti

BAYRAQDAR MEDİA – Ardahan Universitetinin rektoru, professor Öztürk Emiroğlu 13-cü Beynəlxalq Uşaq və Gənclər Ədəbiyyatı Simpoziumunda iştirak etmək üçün Qarsda olarkən şəhərin valisi Ziya Polatla görüşüb.

Bu barədə universitetdən məlumat verilib.

Bildirilib ki, görüşdə universitetlərlə dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi, regional inkişaf və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Vali Ziya Polat universitetlərin bölgənin inkişafına verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb.

Rektor Öztürk Emiroğlu isə əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bölüşərək qonaqpərvərliyə görə valiyə təşəkkür edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.