Press "Enter" to skip to content

Sona Polat Bilgin: Qələmi əlimdən yerə qoymadım

Sona Polat Bilgin kitabını imzalayır

BAYRAQDAR MEDİA – “Formal şəkildə universitet təhsili ala bilmədim. Lakin həyatın qarşıma çıxardığı çətinliklər qarşısında heç vaxt baş əymədim. Arzularımın arxasınca getdim, qələmi əlimdən yerə qoymadım. Bu günə qədər otuza yaxın kitab yazmışam”.

Bunu ötən ay Bakıda səfərdə olan Türkiyənin tanınmış uşaq yazarlarından biri Sona Polat Bilgin BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində deyib. Müsahibəni yaxın günlərdə oxuculara təqdim edəcəyik.

Ardahanda anadan olduğunu deyən Sona xanım orta məktəbin son sinifində təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb: “ Mən Ardahan doğumluyam. Kitab oxumağı çox sevməyimə baxmayaraq, orta məktəbin son sinfində təhsili yarımçıq qalmış bir “Kardelen”əm. Buna görə də özümü Kardelen çiçəyinin hekayəsi ilə eyniləşdirirəm. Mən bir Kardelenəm: “Günəşi görə bilmək üçün ölümü belə gözə aldım”.

“Yaramaz Çocuk Yayınları” nəşriyyatını təsis etdim. İbtidai məktəbin üçüncü sinfindən yazmağa başlamışam. Yazdıqca sevincim artır, artan sevincimi qucaqlayıb dostlarımla bölüşürəm. Paylaşmaq hissi qəlbimdəki gözəllikləri daha da çoxaldır. Daxilimdə gözəlliklər artdıqca həyata olan hörmətim də güclənir”.

Qəlbinin hər zaman sevgidən yana olduğunu deyən yazıçı daha sonra aşağıdakıları bildirb: “Bütün çətinliklərə baxmayaraq, özümü sevməkdən heç vaxt vaz keçməmişəm. Çünki bilirdim ki, özü ilə barışıq olmayan bir qəlbin heç kimə faydası ola bilməz. Mənə təbəssümünü əsirgəyənlərə isə öz gülüşlərimi bəxş etmişəm”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.