BAYRAQDAR MEDİA – Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransı COP31-də iqlim məsələləri ilə yanaşı, mətbuata əks olunan fotolar da siyasi kulislərdə müzakirələrə səbəb olub. İlk diqqət çəkən görüntü Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurumun son günlər AKP-yə keçəcəyi iddia edilən Antalya Böyükşəhər Bələdiyyəsi sədrinin müavini Büşra Özdemirlə əl sıxması olub.
Bu barədə gunhaber.com.tr saytlı məlumat yayıb.
Bildirilib ki, həmin fotonu Özdemirin paylaşması partiya dəyişikliyi ilə bağlı söz-söhbətləri yenidən gündəmə gətirib. Prezident Rəcəb Tayyib Ərdoğanın Antalyadan Ankaraya qayıtmasına qədər davam edən müzakirələrə baxmayaraq, Özdemir hələlik CHP-də qalmağı seçib. Lakin onun Ərdoğanı yola salarkən çəkilmiş başqa bir fotosu bu dəfə fərqli şərhlərə yol açıb.
Antalya millət vəkili Atay Uslunun paylaşdığı görüntüdə Özdemirin İtaliyanın Baş naziri Corcia Meloninin Ərdoğana baxışlarını xatırladan ifadə ilə diqqət çəkdiyi bildirilib.






İlk şərhi yaza bilərsiniz