Press "Enter" to skip to content

Bakı Avrasiya Universitetinin prorektoru Türkiyəyə səfər edib

Görüşdən foto

BAYRAQDAR MEDİA – “Çölün qızlarından qlobal liderlərə: Türk dünyasının qadın liderləri” konqresində iştirak etmək üçün Erzincana gələn Bakı Avrasiya Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva universitetin rektoru, professor Ufuk Kuyrukluyıldızı ziyarət edib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, görüşdə rektorun həyat yoldaşı Nursel Kuyrukluyıldız, prorektorlar professorlar Adem Başıbüyük, Meryem Özturan Sağırlı və Erhan Zeytun, həmçinin konqresin sədri Kader Altın iştirak ediblər. Söhbət zamanı Azərbaycanla Türkiyə arasındakı möhkəm dostluq və qardaşlıq münasibətləri çərçivəsində ali təhsil sahəsində akademik və elmi əməkdaşlıq imkanları müzakirə olunub. Türk dünyasının ortaq mədəni dəyərləri və universitetlərarası əlaqələrin inkişafının əhəmiyyəti də diqqətə çatdırılıb.

Görüşün sonunda rektor Ufuk Kuyrukluyıldız Sevda Rzayevaya xatirə plaketi təqdim edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.