BAYRAQDAR MEDİA – Pamukkale Universitetinin xəstəxanaları nəzdində fəaliyyət göstərən İcma Ruh Sağlamlığı Mərkəzi ictimai əsaslı psixi sağlamlıq xidmətlərinin gücləndirilməsi və müasir müalicə yanaşmalarının müzakirəsi məqsədilə elmi konqresə ev sahibliyi edib. Prof. Dr. Ayşe Nur İncə Kenarın rəhbərliyi ilə keçirilən tədbirdə Türkiyənin müxtəlif bölgələrindən psixi sağlamlıq mütəxəssisləri Dənizlidə bir araya gəliblər.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, Konqresdə xroniki psixi xəstəlikləri olan şəxslərin müalicə prosesləri, müasir klinik yanaşmalar və reabilitasiya üsulları ətraflı müzakirə olunub. Müxtəlif şəhərlərdən gələn həkimlər öz mərkəzlərindəki təcrübələrini, müalicə protokollarını və uğurlu tətbiq nümunələrini həmkarları ilə bölüşüblər. Tədbirdə icma ruh sağlamlığı mərkəzlərinin fəaliyyəti ilə yanaşı, həkimlər arasında peşəkar həmrəyliyin, multidissiplinar komanda işinin və qurumlararası əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Elmi sessiyalar, panellər və klinik hadisələrin müzakirələri ilə davam edən proqram iştirakçıların Pamukkale Universitetinin İcma Ruh Sağlamlığı Mərkəzi ilə tanışlığı ilə yekunlaşıb.






İlk şərhi yaza bilərsiniz