Press "Enter" to skip to content

Məktəblilər üçün insan alverinə qarşı mübarizə mövzusunda tədbir

Məktəblilər üçün insan alverinə qarşı mübarizə mövzusunda tədbir

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı ilə Kimya-biologiya təmayüllü Respublika liseyində insan alverinə qarşı mübarizəyə həsr edilən tədbir təşkil edilib. Tədbirdə liseyin 100-ə yaxın şagirdi və müəllim heyəti iştirak edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdı bildirilir ki, “Agentliyin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin psixoloqu çıxışında insan alveri ilə mübarizə üsulları barədə məlumat verib. Eyni zamanda, psixoloq Mərkəzin fəaliyyət istiqamətləri, insan alveri qurbanları üçün göstərilən reabilitasiya və abilitasiya xidmətlərindən danışıb. Tədbir zamanı insan alverinin müxtəlif formaları, bu halların qarşısının alınmasında maarifləndirmənin rolu, şəxsi təhlükəsizliyin qorunması və riskli vəziyyətlərdə düzgün davranış qaydaları diqqətə çatdırılıb”.

Sonda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.