BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına cəlb edilən uşaqların əhatə dairəsinin genişləndirilməsi məqsədilə 2026–2027-ci tədris ili üzrə qeydiyyat və məktəb seçimi prosesi davam edir.
Bu barədə BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, valideynlər övladlarının qeydiyyatını mektebeqebul.edu.az elektron portalı vasitəsilə həyata keçirə bilərlər.
Qeyd edək ki, valideynlər yalnız 2021-ci il təvəllüdlü (cari ildə 5 yaşı tamam olan) uşaqlar üçün müraciət edə bilərlər.






İlk şərhi yaza bilərsiniz