Son yeniləmə: 12 Noyabr 2026
BAYRAQDAR MEDİA – Mirzə Ələkbər Sabir Fondu görkəmli Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan “Sabirin sözü, zamanın gözü” layihəsi çərçivəsində eyniadlı kitab işləyib hazırlayıb.
Fondun məlumatına əsasən, bu nəşr, şairin ölməz irsinə müxtəlif dövrlərdə rəssamların fırçasından süzülən bədii baxışları əks etdirən topludur. Kitabda 1906-cı ildən bu günə qədər müxtəlif illərdə tanınmış rəssamlar tərəfindən Sabirin şeirlərinə çəkilmiş illüstrasiyalar, qrafik işlər bir araya gətirilib. Uzun illər ərzində müxtəlif kitablarda, dövri mətbuatda pərakəndə şəkildə qalan, yaxud bəzi nəşrlərdə qismən əks olunan bu vizual irs ilk dəfə sistemli şəkildə ümumiləşdirilir. Bu münasibətlə təşkil olunan kitab təqdimatı ilə yanaşı, kitaba daxil olan illüstrasiyalardan ibarət sərginin nümayişi də nəzərdə tutulub.
Məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilib.
Təqdimat mərasimi noybarın 14-də saat 12:00-da Xətai Sənət Mərkəzində (Xocalı pr. 62, Xətai m/s yaxınlığı) keçiriləcək.






İlk şərhi yaza bilərsiniz