Press "Enter" to skip to content

“ƏDV geri al” layihəsinin tətbiqi uğurla davam etdirilir

Son yeniləmə: 12 Noyabr 2026

BAYRAQDAR MEDİA – 2026-cı ilin yanvar – oktyabr ayları ərzində ölkə ərazisində ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 175 milyon 266,5 min manat olub.

Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, sözügedən məbləğ pərakəndə ticarət, iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə qaytarılıb.

Qeyd edilib ki, 2026-cı ilin yanvar-oktyabr aylarında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“Tax free”) məbləği 8 milyon 271,2 min manat təşkil edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.