Press "Enter" to skip to content

Türkiyənin nazir müavini DAÜ-nün rektorunu ziyarət edib

BAYRAQDAR MEDİA – Kıbrıs-Fələstin Təşəbbüsünün təşkilatçılığı və Doğu Akdeniz Universitetinin (DAÜ) ev sahibliyi ilə keçirilən “Doğu Akdeniz və Fələstin məsələsi” adlı paneldə çıxış edən Türkiyənin gənclər və idman nazirinin müavini Dr. Enes Eminoğlu və onu müşayiət edən nümayəndə heyəti universitetin rektoru professor Hasan Kılıçı ziyarət edib.

Bu barədə DAÜ-dən məlumat veirlib.

Bildirilib ki, görüşdə DAÜ Vəqf İdarəçilər Şurasının sədri Recai Ergün, rektorun müavinləri professor Osman M. Karatepe və professor Ali Öztüren, universitetin baş katibi Derviş Ekşici və digər rəsmi şəxslər iştirak ediblər.

Tərəflər universitetlərdə gənclərlə bağlı həyata keçirilən layihələri, onların sosial və mədəni inkişafını dəstəkləyən fəaliyyətləri və bu sahədə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.