Press "Enter" to skip to content

Tələbələrin mentorlarla görüşləri

Tələbələrin mentorlarla görüşləri

BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Vahid Sağlamlıq” mentorluq proqramı çərçivəsində seçilmiş tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi, peşəkar istiqamətləndirilməsi və praktiki təcrübələrinin artırılması məqsədilə onların fərdi profillərinə və maraq dairələrinə uyğun mentorlarla görüşləri keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTİ-dən daxil olub.

Xəbərdə deyilir ki, “proqramın 12 həftəlik ardıcıl və standartlaşdırılmış inkişaf modeli əsasında iştirakçılara qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı, eləcə də ictimai sağlamlıq sahələrini əhatə edən müvafiq bilik və təcrübələr aşılanır. Görüşlər zamanı mentorlar tərəfindən tələbələrlə müvafiq sahələr üzrə aktual məsələlər, mövcud çağırışlar, qabaqcıl yanaşmalar və praktiki fəaliyyət istiqamətləri barədə müzakirələr aparılır. Eyni zamanda, tələbələrin nəzəri biliklərinin real iş mühitində tətbiqi, analitik düşünmə, problem həll etmə və peşəkar ünsiyyət bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir”.

Mentorluq görüşləri ilə paralel olaraq texniki biliklərin dərinləşdirilməsi məqsədilə müvafiq ekspertlərlə müzakirələrin aparılması prosesi də həyata keçirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.