Press "Enter" to skip to content

Azərbaycan və Qana arasında əməkdaşlıq məsələlərinin müzakirəsi

Azərbaycan və Qana arasında əməkdaşlıq məsələlərinin müzakirəsi

BAYRAQDAR MEDİA – Noyabrın 11-də kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Qananın Ticarət, Aqrobiznes və Sənaye Nazirliyinin baş direktoru və inzibati rəhbəri Noah Tumfonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “görüşdə hər iki ölkənin kənd təsərrüfatı və aqrar idarəetmə sahəsində fəaliyyət göstərən dövlət qurumlarının əsas fəaliyyət istiqamətləri və həyata keçirilən tədbirlər barədə müzakirələr aparılıb. Tərəflər aqrar sektorun inkişafı, dövlət qurumları arasında institusional əlaqələrin gücləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi imkanları nəzərdən keçirib”.

Daha sonra xəbərdə, “görüş zamanı aqrar sahədə özəl sektorun iştirakının genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində aqrar sektorda davamlı inkişafın təmin edilməsi, eləcə də iki ölkənin biznes subyektləri arasında əlaqələrin qurulması barədə fikir mübadiləsi aparılıb. Kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi, investisiya imkanlarının təşviqi, iki ölkənin biznes subyektləri arasında təcrübə mübadiləsinin inkişaf etdirilməsi, eləcə də elmi-tədqiqat institutları arasında əlaqələrin qurulması və birgə elmi araşdırmaların aparılması imkanlarının əhəmiyyəti vurğulanıb. Bu baxımdan Azərbaycanda hər il keçirilən “Caspian Agro” sərgisinin yeni işgüzar əlaqələrin qurulması və birgə biznes təşəbbüslərinin formalaşdırılmasında rolu xüsusi vurğulanıb” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.