Press "Enter" to skip to content

Rektor Haber Global telekanalının qonağı olub

BAYRAQDAR MEDİA – Iğdır Universitetinin rektoru professor Ekrem Gürel Haber Global telekanalının canlı yayımında 8 Noyabr – Azərbaycanın Zəfər Gününü təbrik edib, Türkiyə-Azərbaycan akademik əməkdaşlığını dəyərləndirib və noyabrın 24-25-də keçiriləcək Beynəlxalq Qafqaz Konqresinin təşkil olunacağını açıqlayıb.

Bu barədə universitetin məlumatıdna qeyd edilib.

Bildirilib ki, Mehmet Sümerin aparıcılığı ilə yayımlanan proqramda Gürel iki ölkə arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərinə, birgə elmi layihələrin inkişafına diqqət çəkib. Verilişdə Zəngəzur dəhlizinin geosiyasi və iqtisadi əhəmiyyəti geniş müzakirə olunub. Rektor bildirib ki, dəhlizin açılması ilə tarixi İpək Yolu müasir dünyada yenidən canlanacaq və Avropanı Pekinlə birləşdirən bu strateji marşrut Türk dünyasını iqtisadi və mədəni baxımdan daha da yaxınlaşdıracaq.

Iğdır Universitetinin bu prosesi yaxından izlədiyini vurğulayan Gürel noyabrın 24-25-də universitetin ev sahibliyi ilə “İpək Yolunun yenidən doğuluşu” mövzusunda Beynəlxalq Qafqaz Konqresinin keçiriləcəyini bildirib. Professor Kürşad Zorlunun fəxri sədrliyi ilə təşkil olunacaq tədbirdə region ölkələrindən rektorlar, diplomatlar, iş adamları və tanınmış alimlər iştirak edərək regional inkişaf, ticarət və təhsil əlaqələrinin gələcəyini müzakirə edəcəklər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.