BAYRAQDAR MEDİA – Yalova Bələdiyyəsi 10 Noyabr – Atatürkü Anma Günü münasibətilə texnologiya və ictimai həssaslığı birləşdirən xüsusi layihə həyata keçirib. Süni intellekt vasitəsilə hazırlanmış Atatürk görüntüləri Köhnə Hökumət Konağının pəncərəsində nümayiş etdirilib.
Bu barədə yalovagazetesi.com saytı məlumat yayıb.
Məlumata görə, Yalova Şəhər Muzeyinin yerləşdiyi binanın LED ekranında yayımlanan videoda Qazi Mustafa Kamal Atatürk ssenariyə uyğun olaraq pəncərədən sakinləri salamlayıb. Görüntülərdə Atatürkün Yalovanın rəmzlərindən olan Yürüyən Köşkdə nümayiş etdirilən xüsusi fincandan qəhvə içdiyi və insanlara əl etdiyi təsvir olunub. Süni intellektlə yaradılmış səhnələr daha sonra Atatürkün vəfatından sonra lentə alınmış real tarixi görüntülərlə tamamlanıb. Layihə meydandan keçən sakinlərin böyük marağına səbəb olub.






İlk şərhi yaza bilərsiniz