BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Nərimanov, Abşeron və Sabunçu Sosial Xidmət Mərkəzlərində (SXM) maarifləndirici tədbirlər təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindəb daxil olub.
Xəbərdə bildirilir ki, “Uşaq Hüquqları Aylığı çərçivəsində keçirilən tədbirlərdə iştirakçılara uşaq hüquqlarının əsas prinsipləri, o cümlədən təhsil, sağlamlıq, sosial müdafiə, istirahət və asudə vaxt hüquqları barədə məlumat verilib. Uşaqların öz fikirlərini sərbəst ifadə etmələrinin, qərarların qəbulunda iştirakının və başqalarının hüquq və azadlıqlarına hörmətlə yanaşmalarının əhəmiyyəti vurğulanıb”.
Daha sonra xəbərdə, “tədbirlərin sonunda uşaqların bacarıqlarının inkişaf etdirilməsi məqsədilə master-klaslar da təşkil olunub. Master-klaslar zamanı iştirakçılar yaradıcı fəaliyyətlərə cəlb olunub, yeni bilik və təcrübələr qazanmaq imkanı əldə ediblər” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz