BAYRZAQDAR MEDİA – Türk Qızıl Aypara Cəmiyyətinin Elazığ şöbəsi ilə Elazığ Bələdiyyəsinin birgə həyata keçirdiyi sosial layihə çərçivəsində peşə kurslarında təhsil alan qadınlar ehtiyacı olan ailələr üçün Harput köftəsi hazırlayıblar.
Bu barədə elazigsonhaber.com saytı məlumat yayıb.
Məlumata görə, layihəyə əsasən, qadınlar ayda iki dəfə Qızıl Ayparanın aşevinin menyusuna dəstək məqsədilə bölgəyə məxsus yeməklər bişirəcəklər. Hazırlanan ilk yeməklər Qızıl Aypara əməkdaşları vasitəsilə aztəminatlı ailələrə çatdırılıb. Qızıl Aypara Cəmiyyətinin Elazığ şöbəsinin sədri Rahman Kızılkaya bildirib ki, təşəbbüs həm qadınların ictimai və iqtisadi fəallığını dəstəkləyir, həm də ehtiyacı olan insanlara yardım imkanlarını genişləndirir. Elazığ Bələdiyyəsinin Mədəniyyət və Sosial İşlər şöbəsinin müdiri Mehmet Karaaslan isə şəhərdə 19 məntəqədə fəaliyyət göstərən peşə kurslarının yalnız peşə bacarıqlarının inkişafına deyil, sosial məsuliyyət layihələrinə də töhfə verdiyini vurğulayıb. Bildirilib ki, gələcəkdə digər kursların iştirakçıları da ayda iki dəfə bu təşəbbüsə qoşulacaqlar.






İlk şərhi yaza bilərsiniz