BAYRAQDAR MEDİA – Manisanın Alaşehir rayonunun Kavaklıdere məhəlləsində bu il ikinci dəfə təşkil olunacaq Xurma Festivalına hazırlıqlar başa çatıb. Noyabrın 6-8-də Kavaklıdere meydanında keçiriləcək festival çərçivəsində müxtəlif tədbirlər, müsabiqələr və konsertlər təşkil olunacaq.
Bu barədə manisahaberleri.com saytı məlumat yayıb.
Bildirilib ki, festivalın əsas məqsədi bölgənin mühüm kənd təsərrüfatı məhsullarından olan xurmanın tanıdılması, istehsalının təşviqi və yerli iqtisadiyyata töhfəsinin artırılmasıdır. Alaşehir bələdiyyəsinin sədri Ahmet Öküzcüoğlu bildirib ki, festival həm də bölgənin tarixi, mədəni və yerli dəyərlərinin təbliğinə xidmət edir. Tədbirin ilk günü Halit Yıldız və Deniz Yıldız, noyabrın 7-də Aslı Güngör, noyabrın 8-də isə Reyhan Karaca konsert proqramı ilə çıxış edəcəklər. Festival iştirakçılarının rahat gediş-gəlişini təmin etmək məqsədilə bələdiyyə tərəfindən nəqliyyat xidməti də təşkil olunacaq.






İlk şərhi yaza bilərsiniz