BAYRAQDAR MEDİA – Atatürk Universiteti təhsildə keyfiyyət təminatı və beynəlxalq tanınma sahəsindəki fəaliyyətinə görə mükafatlandırılıb. Universitet diplomlarında Türkiyə Kvalifikasiyalar Çərçivəsinin (TYÇ) loqosundan ən çox istifadə edən ali təhsil müəssisələri arasında ilk sırada yer alıb.
Universitetin rektoru, professor Ahmet Hacımüftüoğlu əmək və sosial müdafiə naziri, professor Vedat İşıxanın iştirakı ilə keçirilən “Ali təhsildə kvalifikasiya və tanınma – Türkiyə Kvalifikasiyalar Çərçivəsi loqosundan istifadə hüququ” tədbirinə qatılıb. Mərasimdə universitetə TYÇ loqosunun tətbiqinə verdiyi töhfələrə görə lövhə təqdim edilib.
Türkiyə Kvalifikasiyalar Çərçivəsi müxtəlif təhsil yolları ilə əldə edilən kvalifikasiyaları vahid sistemdə birləşdirərək təhsildə keyfiyyət təminatına xidmət edir. Universitetin rektoru bildirib ki, əldə olunan uğur təhsil proqramlarının keyfiyyətinin artırılması, məzunların bilik və bacarıqlarının tanınması, eləcə də beynəlxalq standartlara uyğunluğun gücləndirilməsi istiqamətində görülən işlərin nəticəsidir.
Əmək və sosial müdafiə naziri Vedat İşıxan isə universitetləri əldə etdikləri uğurlara görə təbrik edib, təhsil və əmək bazarı arasında əlaqələrin gücləndirilməsinin, ixtisaslı kadrların hazırlanmasının vacibliyini vurğulayıb.






İlk şərhi yaza bilərsiniz