Press "Enter" to skip to content

Təsviri sənət fakültəsinin tələbələri bir araya gəlib

Ardahan Universiteti

BAYRAQDAR MEDİA – Ardahan Universitetinin Təsviri Sənət Fakültəsinin Rəssamlıq Bölməsi tərəfindən  adaptasiya və oriyentasiya görüşü keçirilib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, Humanitar Elmlər və Ədəbiyyat Fakültəsinin Necip Fazıl Kısakürək Konfrans Salonunda təşkil olunan tədbirdə Rəssamlıq Bölməsinin rəhbəri, dosent Filiz Öztürk, müəllimlər və tələbələr iştirak ediblər.

Görüşdə davamiyyət qaydaları, tələbə nizamnaməsi, akademik proseslərdə ünsiyyətin əhəmiyyəti, tədris strukturu, akademik məsləhət xidmətləri və sosial-mədəni imkanlar barədə məlumat verilib. Tədbirin məqsədi tələbələrin akademik və sosial həyata uyğunlaşmasını asanlaşdırmaq, onların fakültəyə bağlılığını gücləndirmək və tədris prosesində fəal iştirakını dəstəkləmək olub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.