BAYRAQDAR MEDİA – İğdır Universitetinin Kitabxana və Sənədləşdirmə İdarəsinin təşəbbüsü ilə ədəbiyyatın və poeziyanın birləşdirici gücünü universitet mühitində yaşatmaq məqsədilə şeir gecəsi təşkil olunub.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, Mediko-Sosial binasının 8 Sentyabr Şəhidləri Konfrans Salonunda keçirilən tədbirdə universitetin rektor əvəzi, professor Uğur Şimşək, akademik heyət, inzibati işçilər və çoxsaylı tələbələr iştirak ediblər. Tədbirin qonaqları Türkiyənin müxtəlif bölgələrindən və xarici ölkələrdən olan şairlər Zeki Akalın Ozan, Adnan Şahin, Gökmen Sakin, Barış Kul, Könül Ordubadi və Banu Sancak olub.
Şairlər öz əsərləri ilə yanaşı, türk ədəbiyyatının məşhur klassik nümunələrini də səsləndiriblər. Proqram qonaq şairlərə təşəkkürnamələrin təqdim edilməsi və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.






İlk şərhi yaza bilərsiniz