Press "Enter" to skip to content

Hazar gölündə payız mənzərəsi

BAYRAQDAR MEDİA – Elazığ şəhərinin mühüm təbii gözəlliklərindən olan Hazar Gölü Təbiət Parkı payızın rənglərinə bürünərək füsunkar mənzərə yaradıb.

Bu barədə elazigsonhaber.com saytı məlumat verib.

Bildirilib ki, Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsi gölün payız görüntülərini sosial media hesabında paylaşıb. “Hazar Gölü Təbiət Parkında payız” başlığı ilə yayımlanan kadrlarda göl ətrafındakı ağacların sarı, narıncı və qırmızı çalarlara boyandığı görünür. Rəngarəng ağaclarla gölün mavi sularının yaratdığı mənzərə bölgənin təbii gözəlliyini bir daha nümayiş etdirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.