Press "Enter" to skip to content

İğdırda 800 qaz kəsim üçün kökəldilməyə başlanılıb

Qazlar

BAYRAQDAR MEDİA – İğdırda qaz yetişdirilməsində mühüm mərhələ olan kökəltmə dövrünə start verilib. Yay aylarını otlaqlarda keçirən qazlar payızın gəlişi ilə xüsusi yemlənməyə cəlb olunub.

Bu barədə igdirhaber.net saytı məlumat verib.

Bildirilib ki, İğdırlı qadın fermer Suna Tuncer bu il ilk dəfə 800 qazı kəsimdən əvvəl kökəltməyə başlayıb. Məqsəd qazların çəkisini artırmaq, ət və yağ nisbətini tarazlaşdırmaq, nəticədə daha keyfiyyətli məhsul əldə etməkdir. Bölgədə ənənəvi olaraq “Qar yağmadan qaz kəsilməz” deyimi işlədilir. Belə ki, qaz ətinin özünəməxsus dad və yağlılıq əldə etməsi üçün mövsümün ilk qarının yağması gözlənilir.

Kəsimdən sonra qazların tükləri isti suda yumşaldılaraq təmizlənir, daxili orqanları çıxarılır və yuyulur. Daha sonra duzlanan qazlar soyuq havada təxminən 15 gün qurudulur. Artan istehsal xərcləri və bazar tələbatı qiymətlərə də təsir göstərib: ötən il kəndlərdə 2-3 min lirəyə satılan qurudulmuş qazın qiyməti bu mövsüm 4-5 min lirəyə yüksəlib.

Suna Tuncer İğdırla yanaşı, qazçılığın geniş yayıldığı Qars və Ərdahan bazarlarında da məhsullarını satmağı hədəfləyir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.