Press "Enter" to skip to content

Eskişehirin 37 yerli təamı kitablaşdırılıb

Eskişehir

BAYRAQDAR MEDİA – Eskişehir şəhərinin mətbəx mədəniyyətini və 37 özünəməxsus reseptini gələcək nəsillərə çatdırmaq məqsədilə hazırlanan “Eskişehir Lezzetleri” kitabının təqdimatı keçirilib.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata görə, Türkiyə Yardımsevərlər Dərnəyinin Eskişehir şöbəsinin əməkdaşlığı və Eskişehir Böyükşəhər Bələdiyyəsinin təşəbbüsü ilə ərsəyə gələn kitab şəhərin zəngin kulinariya irsini əks etdirir.

Kitabın müəllifi Serpil Uzoğlu bildirib ki, nəşrdə Eskişehir mətbəxinə aid 37 orijinal resept, eləcə də şəhərlə eyniləşən 12 təamın tarixi inkişafı, hekayələri və fotoları yer alıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.