Press "Enter" to skip to content

Azərbaycan və Gürcüstan arasında baytarlıq üzrə Anlaşma Memorandumu

Azərbaycan və Gürcüstan arasında baytarlıq üzrə Anlaşma Memorandumu

BAYRAQDAR MEDİA – Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sədrliyi ilə Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “iclasda iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. İclas çərçivəsində AQTA sədri Qoşqar Təhməzli və Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Agentliyinin rəhbəri Giorgi Yakobaşvili AQTA ilə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Agentliyi arasında bitki karantini və bitki mühafizəsi, eləcə də baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumlarını imzalayıblar”.

Daha sonra xəbərdə, “sənədlər fitosanitar risklərin idarə olunması, zərərli orqanizmlərin və yoluxucu heyvan xəstəliklərinin yayılmasının qarşısının alınması, həmçinin rəsmi baytarlıq nəzarəti altında olan yüklərin idxalı, ixracı və tranziti prosedurlarının təkmilləşdirilməsini nəzərdə tutur. Memorandumlar çərçivəsində fitosanitar və baytarlıq sertifikatlarının mübadiləsi və qarşılıqlı tanınması, nəzarət tədbirləri, epizootik vəziyyət barədə məlumat, eləcə də mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması planlaşdırılır. Həmçinin Azərbaycanın 2025-ci ildə Gürcüstanın qida obyektlərinin təsdiq sisteminin ekvivalentliyini tanımasının ikitərəfli ticarətin asanlaşdırılması baxımından əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu yanaşma kənd təsərrüfatı və qida məhsullarının ticarət əlaqələrinin genişlənməsinə töhfə verə bilər” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.