BAYRAQDAR MEDİA – Oktyabrın 27-də Resource HUB və Holberton School-un birgə təşkilatçılığı ilə Azərbaycan İnnovasiya Mərkəzində “Qadın Sahibkarlığı və Regional İnnovasiya: Qlobal İnkişafa Doğru” mövzusunda dialoq sessiyası keçirilib.
Bu barədə təşkilatçılardan məlumat verilib.
Məlumata görə, tədbirin əsas məqsədi qadınların iqtisadi imkanlarının genişləndirilməsində innovasiya və texnologiyanın rolunu müzakirə etmək, regionlarda fəaliyyət göstərən qadın sahibkar icmalarının təcrübələrinibölüşmək, eləcə də onların rəqəmsal həllərə və yeni bazarlara çıxış imkanlarını araşdırmaq olub.
Tədbirin açılışında çıxış edən Holberton School Azərbaycanın Baş İcraçı Direktoru Şəmsi Bayramzadə qadın sahibkarlığının inkişafında texnologiya və innovasiyanın əhəmiyyətini vurğulayıb. O, Resource HUB ilə əməkdaşlığın vacibliyini qeyd edərək bu istiqamətdə birgə təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətindən danışıb.
Daha sonra qadınların iqtisadi səlahiyyətləndirilməsi, innovasiya və regional inkişaf üçün sektorlararası əməkdaşlığa həsr olunmuş panel müzakirəsi təşkil edilib.
Paneldə Resource HUB-un direktoru Gülnarə İsmailova, Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin (CIPE) proqram meneceri Şəlalə Kamilova və Google Developers Baku icmasının təşkilati heyətinin üzvü, Women in Data Science icmasınınBakı üzrə səfiri Sitarə Ağayeva iştirak ediblər.
Müzakirələr zamanı qadın sahibkarlığının inkişaf perspektivləri, regionlarda iqtisadi fəallığın artırılması, rəqəmsal bacarıqların gücləndirilməsi və innovativ yanaşmaların yerli biznes təşəbbüslərinə inteqrasiyası məsələlərinə toxunulub. Həmçinin dövlət, özəlsektor, təhsil müəssisələri və vətəndaş cəmiyyəti təşkilatları arasındaəməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Tədbirin xüsusi hissəsi regional qadın sahibkar icmalarının uğur və inkişaf hekayələrinə həsr olunub. Mingəçevir Qadın İcması, Göygöldə fəaliyyət göstərən Aurum Girlseko turizm təsərrüfatı və Neftçala rayonundakı Qaraman İcma İnkişaf Mərkəzi öz fəaliyyətləri və yerli səviyyədə həyata keçirdikləri təşəbbüslər barədə məlumat veriblər.
Təqdimatlar sahibkar qadınların birgə fəaliyyəti, yerli resurslardan səmərəli istifadə və icma əsaslı sahibkarlıq təşəbbüslərinin regional inkişaf üçün yaratdığı imkanları nümayiş etdirib.
Tədbir çərçivəsində Holberton School-un məzun komandaları “İcma problemlərindən rəqəmsal həllərə”mövzusunda təqdimatlarla çıxış ediblər. Təqdimatlarda yerli icmaların ehtiyaclarına texnoloji yanaşmaların tətbiqi və rəqəm salhəllərin icma inkişafına mümkün töhfələri diqqətə çatdırılıb.
Sessiyanın sonunda keçirilən interaktiv müzakirələr zamanı iştirakçılar regional qadın sahibkar icmalarının dayanıqlı inkişafı üçün yalnız bilik və bacarıqların artırılmasının kifayət etmədiyini, eyni zamanda onların bazarlara, müasirtexnologiyalara, rəqəmsal həllərə, biznes tərəfdaşlıqlarına və yeni gəlir imkanlarına çıxışının genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd olunubki, qadın sahibkarlığının dəstəklənməsi, regional potensialın üzə çıxarılması və innovativ texnologiyalarınyerlitəşəbbüslərlə əlaqələndirilməsi inklüziv və dayanıqlı iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. Resource HUB və Holberton School-un birgə təşəbbüsü qadın sahibkar icmaları, texnologiya mütəxəssisləri və digər maraqlı tərəflər arasında dialoqun inkişaf etdirilməsinə, təcrübə mübadiləsinə və gələcək əməkdaşlıq imkanlarının müzakirəsinə şərait yaradıb.






İlk şərhi yaza bilərsiniz