Press "Enter" to skip to content

Kənd məktəblərinə elm və səhiyyə dəstəyi göstərilir

Süleyman Demirel Üniversiteti Araşdırma və Tətbiq Xəstəxanası

BAYRAQDAR MEDİA – Süleyman Demirel Universitetinin İsparta Səhiyyə Xidmətləri Peşə Məktəbinin rəhbərliyi ilə hazırlanan KÖYFEST-SDÜ layihəsi Kılıç orta məktəbi və Şəhid Avni ibtidai məktəbində başlayıb. TÜBİTAK-ın kənd məktəblərinə dəstək proqramı çərçivəsində keçirilən tədbirlər şagirdlərə elmi bilikləri praktiki şəkildə öyrənmək imkanı yaradıb.

Şagirdlər teleskopla səmanı müşahidə edib, mikroskop vasitəsilə hüceyrələri araşdırıblar. Layihənin rəhbəri, müəllim Hidayət Yıldız elmi bilikləri və səhiyyə xidmətlərini kənd yerlərində yaşayan insanlara çatdırmağı hədəflədiklərini bildirib.

Tədbirlərdə kənd yerlərində bədbəxt hadisələr zamanı ilk yardım, Heymlix manevri, sağlam qidalanma, ürək-damar sağlamlığı və görünməyən təhlükələrdən qorunma mövzularında praktiki təlimlər keçirilib. Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) təlimlərində isə fəlakətlərə hazırlıq məsələləri diqqətə çatdırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.