Press "Enter" to skip to content

Döş xərçənginə multidissiplinar yanaşma mövzusunda simpozium

Pamukkale Universiteti

BAYRAQDAR MEDİA – Pamukkale Universitetinin (PAÜ) xəstəxanalarında Döş Xərçənginə Multidissiplinar Yanaşma Simpoziumu təşkil olunub. Tədbir universitetin Səhiyyə, Mədəniyyət və İdman İdarəsinin Hemşirelikdə Birlik və Fərqindəlik İcması, eləcə də Elmi Kommunikasiya Koordinatorluğunun əməkdaşlığı ilə keçirilib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumatada deyilir ki, simpoziumun açılışında tibb bacıları xidmətinin rəhbəri Türkan Hayta, professorlar Gamze Gököz Doğu, Hakan Alkan və Sevgi Özkan çıxış edərək döş xərçəngi ilə mübarizədə erkən diaqnozun, düzgün məlumatlandırmanın və müxtəlif tibb sahələri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Çıxışlarda xəstələrin yalnız tibbi diaqnoz kimi deyil, fərdi ehtiyacları və psixoloji vəziyyəti olan insanlar kimi qiymətləndirilməsinin vacibliyi qeyd olunub.

Müzakirələr zamanı xəstəliyin risk amilləri, özünümüayinə, erkən aşkarlama və müayinələr, eləcə də cəmiyyətdə yayılan yanlış təsəvvürlər barədə məlumat verilib. Döş xərçəngi diaqnozu qoyulan xəstələrə əməliyyatdan əvvəl və sonra qulluq, sağlam həyat vərdişləri və tibb bacılarının rolu da müzakirə edilib.

Tədbirin əsas məqsədi elmi bilik və təcrübə mübadiləsini gücləndirmək, erkən diaqnoz barədə ictimai məlumatlılığı artırmaq və xəstələrə göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltmək olub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.