Press "Enter" to skip to content

Baytarlıq fakültəsində ağ xalat mərasimi keçirilib

BAYRAQDAR MEDİA – KKTC-nin Yakın Doğu Universitetinin Baytarlıq fakültəsində 2026–2027-ci tədris ilində təhsilə başlayan tələbələr üçün ağ xalat mərasimi təşkil olunub. Atatürk Mədəniyyət və Konqres Mərkəzində keçirilən tədbirdə müəllimlər, tələbələr və onların ailələri iştirak ediblər.

Fakültənin dekanı, professor İsfəndiyar Darbaz çıxışında baytarlığın yalnız heyvan sağlamlığının qorunması ilə məhdudlaşmadığını, insan sağlamlığı, ətraf mühit və ərzaq təhlükəsizliyi baxımından da mühüm məsuliyyət daşıdığını bildirib. O, zoonoz xəstəliklər, iqlim dəyişikliyinin ekosistemlərə təsiri və dayanıqlı ərzaq istehsalı kimi qlobal məsələlərə diqqət çəkib.

Professor Darbaz süni intellekt, genom tədqiqatları, epidemiyaların proqnozlaşdırılması və heyvan rifahı sistemlərinin baytarlıq sahəsində əhəmiyyətinin artdığını vurğulayıb. Bununla yanaşı, texnoloji inkişafın etik prinsiplər və elmi məsuliyyət çərçivəsində tətbiq edilməsinin vacibliyini qeyd edib. O, ağ xalatın peşə şərəfinin və etik məsuliyyətin rəmzi olduğunu bildirərək tələbələri daim öyrənməyə, elmi yenilikləri izləməyə və bütün canlılara hörmətlə yanaşmağa çağırıb. Mərasimdə tələbələrə yeni təhsil və peşə həyatlarında uğurlar arzulanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.