Press "Enter" to skip to content

Təhsilin keyfiyyəti və inkişaf hədəfləri müzakirə olunur

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları ilə 2026-2027-ci tədris ili üzrə Keyfiyyət Fəaliyyət Planının icrasına dair görüşlər davam edir.

Nizami və Yasamal rayonları üzrə ümumi təhsil müəssisələrinin direktorları ilə keçirilən görüşdə Keyfiyyət Fəaliyyət Planının icra mexanizmləri ilə bağlı təqdimatla çıxış edən BŞTİ-nin sektor müdiri Zinyət Əmirova məktəblərdə təhsil prosesinin keyfiyyətinə təsir edən amillər və bu sahədə mövcud vəziyyətin təhlilini diqqətə çatdırıb. Sektor müdiri məktəblərin fəaliyyətində ehtiyacların düzgün müəyyənləşdirilməsi və əldə olunan nəticələrə əsasən müvafiq tədbirlərin planlaşdırılmasının əhəmiyyətini vurğulayıb. Həmçinin tədris prosesində səmərəliliyin artırılması və təlim nəticələrinin yaxşılaşdırılması üçün sistemli yanaşmanın vacibliyini qeyd edib.

Görüşdə Keyfiyyət Fəaliyyət Planının icrası, fəaliyyət nəticələrinin təhlili və qarşıya qoyulan hədəflərə uyğun tədbirlərin planlaşdırılması məsələlərinə dair iştirakçılarla fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, görüşlərin keçirilməsində əsas məqsəd Keyfiyyət Fəaliyyət Planında müəyyənləşdirilmiş istiqamətlər, qarşıya qoyulan hədəflər və gözlənilən nəticələr barədə məktəb rəhbərlərinə ətraflı məlumat vermək, eyni zamanda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görüləcək işləri müzakirə etməkdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.