Press "Enter" to skip to content

“Katran” filmi İtaliyada birinci olub

BAYRAQDAR MEDİA – Erciyes Universitetinin Kommunikasiya fakültəsinin Radio, Televiziya və Kino ixtisasının məzunu, hazırda Sosial Elmlər İnstitutunun magistrantı olan Ali Rza Avcının tələbəlik dövründə çəkdiyi “Katran” sənədli filmi İtaliyada keçirilən ikinci Cüzeppe Şebesta Beynəlxalq Antropoloji Kino Mükafatlarında orta metrajlı film kateqoriyasında birinci yerə layiq görülüb.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, Trento şəhərində San Mişele Etnoqrafiya Muzeyinin ev sahibliyi etdiyi festivalda 24 ölkədən filmlər nümayiş olunub. “Katran” ənənəvi istehsal üsullarını və insanın təbiətlə münasibətini əks etdirir. Antalyanın Qazipaşa rayonunun Çığlıq məhəlləsində çəkilən film qurumuş sidr ağaclarından ənənəvi üsullarla qatran əldə edilməsi prosesindən bəhs edir. Münsiflər heyəti filmi insan əməyini, səbri və təbiətə hörməti təsirli kino dili ilə təqdim etdiyinə görə mükafata layiq görüb.

Daha əvvəl ikinci İKÇÜ Film Festivalında münsiflərin xüsusi mükafatını qazanan və 17-ci TRT Beynəlxalq Sənədli Film Mükafatlarında finala yüksələn ekran əsəri noyabrın 5-də dördüncü Fəthiyə Beynəlxalq Film Festivalında xüsusi nümayiş olunacaq. Film, həmçinin 14-cü Boğaziçi Film Festivalının milli sənədli film müsabiqəsində finalçılar arasında yer alacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.