Press "Enter" to skip to content

Döş xərçəngi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

BAYRAQDAR MEDİA – İğdır Universitetinin Səhiyyə Xidmətləri Peşə Məktəbi cəmiyyətdə maarifləndirməni artırmaq və erkən diaqnozun əhəmiyyətinə diqqət çəkmək məqsədilə “Erkən diaqnoz, daha sağlam gələcək – fərqindəlik həyat xilas edir” mövzusunda tədbir təşkil edib.

Universitetin məlumatına görə, Karaağaç kampusunun 15 İyul Şəhidləri Konfrans zalında keçirilən tədbirdə universitetin prorektoru, professor Haktan Sevinç, qurumların nümayəndələri, akademik və inzibati heyət üzvləri, eləcə də tələbələr iştirak ediblər. Həkimlər Bərkə Şengün və Əli Əkbər Tayfun döş xərçənginin erkən aşkarlanmasının həyati əhəmiyyəti, müntəzəm tibbi müayinələrin vacibliyi və qorunma üsulları barədə məlumat veriblər. Çıxışlarda insanların öz bədənlərini tanımasının və sağlamlıq yoxlamalarını təxirə salmamasının əhəmiyyəti vurğulanıb.

Tədbir iştirakçılara sertifikatların təqdim edilməsi və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb. İştirakçılar kampusda yaradılmış maarifləndirmə stendi və mobil mamoqrafiya vasitəsi ilə də tanış olublar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.