BAYRAQDAR MEDİA – Doğu Akdeniz Universitetində (DAÜ) xidmətlərinin 25-ci ilini tamamlayan və 2022–2026-cı illərdə təqaüdə çıxan akademik, inzibati və fəhlə heyətinin üzvləri üçün “Xidmətə ehtiram mərasimi” təşkil olunub.
Bu barədə universitetin məlumatında qeyd eidlib.
Məlumata görə, Mustafa Afşin Ərsoy zalında keçirilən tədbirdə universitetə uzun illər xidmət etmiş əməkdaşlara fəxri lövhələr təqdim edilib. Mərasimdə DAÜ rəhbərliyi, ali təhsil qurumlarının nümayəndələri, akademik və inzibati heyət iştirak ediblər.
Universitetin rektoru, professor Həsən Kılıç çıxışında ali təhsil müəssisəsinin əsl gücünün ona illərini, biliyini və əməyini həsr edən insanlardan qaynaqlandığını bildirib. O, əməkdaşların universitetin nüfuzunun və inkişafının formalaşmasında mühüm rol oynadıqlarını vurğulayıb, təqaüdə çıxanlara sağlamlıq və xoşbəxtlik, fəaliyyətini davam etdirənlərə isə uğurlar arzulayıb.






İlk şərhi yaza bilərsiniz