BAYRAQDAR MEDİA – İğdır Universitetinin Şəhid Bülent Yurtseven kampusunda infrastruktur, nəqliyyat və ətraf mühitin abadlaşdırılması istiqamətində işlərin növbəti mərhələsi tamamlanıb.
Bu barədə univeristetdən məlumat verilib.
Bildirilib ki, kampusdakı yollar asfaltlandıqdan və səkilər universitetin korporativ rənglərinə uyğun boyandıqdan sonra Türkiyə Avtomobil Yolları İdarəsinin əməkdaşları yol xətlərinin çəkilməsinə başlayıblar.
Universitetin rektoru, professor Ekrem Gürel ərazidə aparılan işlərlə tanış olaraq yol xətlərinin çəkilməsi və bordürlərin rənglənməsi prosesini yerində izləyib. O bildirib ki, işlər qısa müddətdə tamamlanaraq kampusun nəqliyyat şəbəkəsi istifadəyə veriləcək.
Rektorun sözlərinə görə, yol nişanlanması, piyada keçidləri və istiqamətləndirici xətlərin standartlara uyğun çəkilməsi kampusda hərəkətin daha təhlükəsiz, rahat və nizamlı olmasına imkan yaradacaq. O, işlərə dəstək göstərən yol idarəsinin əməkdaşlarına və digər qurumlara təşəkkür edib.






İlk şərhi yaza bilərsiniz