BAYRAQDAR MEDİA – Süleyman Demirel Universitetinin Mühəndislik və Təbiət Elmləri fakültəsinin Kimya ixtisasında birinci kurs tələbələri üçün ağ xalat mərasimi keçirilib. Şəhid Ekrem Çelik Konfrans zalında təşkil olunan tədbir bir dəqiqəlik sükut və Türkiyə İstiqlal Marşının səsləndirilməsi ilə başlayıb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, fakültənin dekanı, professor Nevzat Özgü Yiğit ağ xalatın elmə sədaqətin, dürüstlüyün, tədqiqat həvəsinin və peşə etikası məsuliyyətinin rəmzi olduğunu bildirib. O, tələbələri təhsil müddətində elmi maraqlarını və çalışma əzmlərini qorumağa çağırıb.
Kimyaçılar Dərnəyinin Aralıq dənizi bölməsinin sədri Əhməd Doğanər də çıxışında tələbələrin bundan sonra peşəkar kimyaçı kimi düşünməli, daim araşdırmalı və öz biliklərini inkişaf etdirməli olduqlarını vurğulayıb.
Tədbirdə Kimya bölməsinin fəaliyyəti və Kimyaçılar Dərnəyi haqqında videolar nümayiş etdirilib. Sincer Gül Yağı Fabrikinin sahibi Əhməd Sincer kimya sənayesində ixtisaslı kadrlara ehtiyac olduğunu qeyd edib. Kimya bölməsinin rəhbəri, professor Fəthiyə Göde isə ağ xalatın yalnız laboratoriya geyimi deyil, həm də obyektivliyin, elmi etikanın, dürüstlüyün və tədqiqat marağının simvolu olduğunu bildirib. Çıxışlardan sonra birinci kurs tələbələrinə ağ xalatlar təqdim olunub.






İlk şərhi yaza bilərsiniz