BAYRAQDAR MEDİA – Elazığda çalışan 27 illik sinif müəllimi Hakan Özdemir doğulduğu Baskil rayonunun Düğüntepe kəndində uzun müddət istifadəsiz qalmış dağlıq ərazini icarəyə götürərək dərman və aromatik bitkilər yetişdirir.
Bu barədə elazigsonhaber.com saytı məlumat verib.
Bildirilib ki, Hakan Özdemir əvvəlcə hobbi kimi başladığı fəaliyyətini genişləndirərək hazırda beş dönüm ərazidə adaçayı, melissa, rozmarin və lavanda becərir. Dördüncü ilinə qədəm qoyan bağda bu il yüksək məhsuldarlıq əldə olunub. O bildirib ki, bölgədə bu sahənin zəif inkişaf etməsi və mexanikləşmənin olmaması səbəbindən məhsul yığımını hava şəraitinə uyğun planlaşdırırlar. Yetişdirdikləri məhsulları Elazığdan kənarda çay fabriklərinə və iri ədviyyat şirkətlərinə satırlar.






İlk şərhi yaza bilərsiniz