Press "Enter" to skip to content

Manisada “Asılqıda təraş” kampaniyası

BAYRAQDAR MEDİA – Türkiyənin Manisa şəhərinin Şehzadeler rayonunda fəaliyyət göstərən bərbər Ömer Öz aztəminatlı vətəndaşlara dəstək məqsədilə “Asılqıda təraş” adlı sosial təşəbbüsə başlayıb. Kampaniya çərçivəsində xeyirxah insanların ödədiyi təraş haqları hesabına ehtiyacı olan şəxslərə pulsuz xidmət göstərilir.

Bu barədə haber232.com saytı məlumat yayıb.

Məlumata görə, Salon Ömerin sahibi Ömer Öz bildirib ki, təşəbbüsün əsas məqsədi qarşılıqlı yardım və həmrəylik ənənələrini gücləndirməkdir. O, iqtisadi çətinliklərin artdığı bir dövrdə insanların bir-birinə dəstək olmasının vacibliyini vurğulayıb. Yeni təşəbbüs Manisada nümunəvi sosial məsuliyyət layihəsi kimi diqqət çəkib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.