Press "Enter" to skip to content

İğdırda Qafqaz və Govend folklorunun rəngarəngliyi diqqət çəkir

Rəqqaslar

BAYRAQDAR MEDİA – İğdırın çoxmədəniyyətli quruluşu xalq rəqslərində və toy ənənələrində də özünü göstərir. Qafqaz türk mədəniyyətinin zərif və coşqulu rəqsləri ilə kürd mədəniyyətinə məxsus Govend və Halay ənənələri şəhərin toylarında, bayramlarında və digər ictimai tədbirlərində bir araya gəlir.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Bildirilib ki, qarmon, tar və nağara sədaları altında ifa olunan Şeyx Şamil, Tərəkəmə, Koçəri, Maral oyunu, Qarabağ və digər rəqslər bölgənin zəngin folklorunu əks etdirir. Govend və Halay rəqslərində isə kollektiv iştirak, birlik və ritmik hərəkətlər ön plana çıxır. Dəf və zurna müşayiəti ilə ifa olunan Delîlo, Şêxanî, Çepkî, Sêpê, Koçerî və Lorke bu ənənənin tanınmış nümunələrindəndir. İğdırda müxtəlif mədəniyyətlərə məxsus rəqslərin eyni tədbirlərdə nümayiş etdirilməsi şəhərin mədəni müxtəlifliyinin və zəngin irsinin göstəricisi kimi qiymətləndirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.