Press "Enter" to skip to content

Tələbələr Keban su anbarına səfər ediblər

BAYRAQDAR MEDİA – Fırat Universitetinin Texnologiya Fakültəsinin Enerji Sistemləri Mühəndisliyi Bölməsinin İstilik Texnikası kafedrasının tələbələri Keban Su Elektrik Stansiyasında enerji istehsalı prosesini araşdırıblar.

Bu barədə universitetdən məlumat verilib.

Bildirilib ki, stansiyaya səfər edən tələbələr onun fəaliyyəti və enerji istehsalı haqqında əməkdaşlardan məlumat alıblar. İstilik Texnikası kafedrasının müdiri, professor Hikmət Esen tələbələrlə birlikdə texniki ekskursiya təşkil etdiklərini bildirib. O, hidroenerji istehsalını yerində öyrənmək imkanı yaratdıqlarına görə müəssisənin rəhbərliyinə və texniki heyətinə təşəkkür edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.