BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmləer Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “İnformasiya bülleteni”nin yeni sayı çapdan çıxıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “nəşrin yeni sayında 2026-cı ilin üçüncü rübündə kitabxananın fondlarına daxil olan Azərbaycan və xarici dillərdə kitablar, dövri nəşrlər və avtobioqrafik mənbələr haqqında məlumatlar əks olunub. “İnformasiya bülleteni” “2026-cı ilin III rübündə MEK-in fondlarına daxil olan sənədlər”, “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, “Ümumi”, “Fəlsəfə. Psixologiya”, “Din”, “İctimai və humanitar elmlər”, “Riyaziyyat və təbiət elmləri”, “Səhiyyə. Texnika. Kənd təsərrüfatı”, “İncəsənət”, “Dilçilik. Linqvistika. Filologiya”, “Tarix. Coğrafiya”, “Ardı davam edən nəşrlər”, “Jurnallar”, “Avtoreferat və dissertasiyalar” və “MEK-də keçirilən tədbirlər” bölmələrindən ibarətdir”.
Daha sonra xəbərdə, “bülletendə təqdim olunan nəşrlər elm sahələri üzrə qruplaşdırılıb və hər bir sahə əlifba sırası ilə yerləşdirilib. Oxucuların axtardıqları nəşrləri kataloqa müraciət etmədən operativ şəkildə sifariş edə bilmələri üçün kitabların biblioqrafik təsvirlərinin qarşısında fond şifrələri də qeyd olunub. Bülletenin sonunda MEK-də iyul-sentyabr aylarında keçirilən tədbirlərin xronikası ayrıca bölmə şəklində təqdim edilib. Bölmədə yerləşdirilən QR-kod vasitəsilə tədbirlər haqqında ətraflı məlumatlara birbaşa keçid imkanı yaradılıb. Nəşrin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. “Elm” Nəşriyyatında çapdan çıxan “İnformasiya bülleteni”nin bütün nömrələri ilə MEK-in saytının Elektron kitabxana bölməsində tanış olmaq mümkündür” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz