BAYRAQDAR MEDİA – Bakı Şəhər Gənclər və 161 saylı tam orta məktəbin İdman İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Ehtiyatları Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin birgə təşkilatçılğı ilə Yasamal rayonunun məktəbliləri arasında velosiped yarışı keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən məktəbdən daxil olub.
Xəbərdə bildirilir ki, “Bakının 2026-cı il “Dünyanın İdman Paytaxtı” seçilməsi münasibətilə təşkil olunan yarışda rayonun müxtəlif ümumtəhsil məktəblərini təmsil edən 40-dan artıq oğlan və qız şagird qrup ötüşməsində mübarizə aparıblar. Oğlanların yarışında 133 saylı tam orta məktəbin şagirdi Əli Həmidov birinci yeri tutub. 161 saylı tam orta məktəbin təmsilçiləri Yəhya İsgəndərov və Murad Hüseynli ikinci və üçüncü olublar”.
Ardınca xəbərdə, “qızların mübarizəsində də 133 saylı tam orta məktəbin şagirdi qələbə qazanıb – Aysu Lalazadə bütün rəqiblərini qabaqlamaqla çempion olub. 161 saylı tam orta məktəbin təmsilçiləri Nuraniyə Hüseynli 2-ci, Dəniz Pirsaatlı isə 3-cü nəticə göstərib. Fərqlənən şagirdlər medal və diplomlarla təltif olunublar. Qeyd edək ki, turnir Bakı şəhərinin məktəbliləri arasında keçiriləcək silsilə yarışların ilk mərhələsidir. Layihənin əsas məqsədi məktəblilər arasında velosiped idmanının təbliği, sağlam həyat tərzinin təşviqi və gənc istedadların üzə çıxarılmasıdır” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz