BAYRAQDAR MEDİA – Dünyadakı hərbi və mülki təyyarələrin yarısı Eskişehirdə istehsal olunan mühərrik hissələri ilə uçur. Şirkət məlumatlarına görə, dünyada uçuş həyata keçirən 40 mindən çox hərbi və mülki təyyarənin ən azı yarısında Eskişehirdə istehsal edilmiş mühərrik komponentlərindən istifadə olunur.
Bu eskisehir.net barədə saytı məlumat yayıb.
Bildirilib ki, qlobal aviasiya sənayesinin mühüm istehsal mərkəzlərindən biri olan bu müəssisə 1985-ci ildən fəaliyyət göstərir. Hazırda fabrikdə təxminən 4 min nəfər çalışır. Eskişehir 2024-cü ildə aviasiya və müdafiə sənayesi sahəsində 514 milyon dollarlıq ixrac həyata keçirib. Bu göstərici şəhərin ümumi ixracının üçdə birini təşkil edir. Türkiyənin ilk yerli helikopter mühərrikinin də Eskişehirdə istehsal olunması şəhərin sənaye və mühəndislik sahəsindəki mövqeyini daha da gücləndirir.






İlk şərhi yaza bilərsiniz