MHP lideri: Kıbrısda iki ayrı suveren dövlətin mövcudluğu ədalətli və davamlı həllin əsasını təşkil edir
BAYRAQDAR MEDİA – Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli KKTC-nin yaranmasının 43-cü ildönümü münasibətilə təbrik mesajı yayımlayıb. O, mesajında Kıbrıs türk dövlətinin yaşadılmasının, suverenliyinin gücləndirilməsinin və beynəlxalq aləmdə layiq olduğu mövqeyə çatmasının milli davanın ayrılmaz hədəfi olduğunu vurğulayıb.
D.Bahçeli bildirib ki, 15 noyabr 1983-cü il Kıbrıs türk xalqının öz müqəddəratını müəyyənləşdirmək iradəsini, azad yaşamaq əzmini və suverenlik hüququnu bütün dünyaya bəyan etdiyi tarixi dönüş nöqtəsidir. Onun sözlərinə görə, KKTC-nin yaradılması böyük fədakarlıqlar bahasına aparılan mübarizənin, sarsılmaz milli iradənin və dövlətçilik əzminin təzahürüdür.
MHP sədri Kıbrıs türk xalqının varlıq mübarizəsinə ömrünü həsr etmiş doktor Fazıl Küçüyü, KKTC-nin Qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşı, şəhidləri və bu mübarizədə iştirak edən bütün qəhrəmanları ehtiramla yad edib.
O, KKTC-nin Kipr türk xalqının ən qiymətli nailiyyəti, milli suverenliyinin təminatı və türk millətinin tarixi məsuliyyətinin mühüm əsəri olduğunu qeyd edib.
Bahçeli vurğulayıb ki, Kıbrıs türk xalqının haqlı mübarizəsi bundan sonra da qətiyyətlə davam edəcək: “Kıbrısda iki ayrı xalqın və iki ayrı suveren dövlətin mövcudluğu ədalətli və davamlı həllin əsasını təşkil edəcək”.
MHP sədri mesajının sonunda KKTC-nin yaranmasının 43-cü ildönümünü təbrik edib, Kıbrıs türk xalqına əmin-amanlıq və rifah arzulayıb.






İlk şərhi yaza bilərsiniz