Press "Enter" to skip to content

GSNP COP31-də yan tədbir təşkil edib

Təqdimat zamanı

BAYRAQDAR MEDİA – Noyabrın 14-də Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan Pavilyonunda Qlobal Cənub QHT Platformasının təşkilatçılığı ilə “İqlim dəyişmələri arasında nəsillər: Qlobal Cənubda uşaqlar və gənclər üçün təhsil və bacarıqların inkişafında vətəndaş cəmiyyətinin rolu” mövzusunda yan tədbir keçirilib. Tədbirdə 30-dan çox ölkədən 50-dən artıq iştirakçı təmsil olunub.

Panel GSNP-nin Baş katibi Fuad Kərimlinin moderatorluğu ilə keçirilib. GSNP Baş katibinin Sakit Okean hövzəsi üzrə müavini, UNESCO-nun Sülh Naminə Rəssamı Sesil Qvidote-Alvarez gənclərin iqlim dəyişmələri barədə maarifləndirilməsinin əhəmiyyətini vurğulayıb.

HEAD-ın təsisçisi və icraçı direktoru və GSNP-nin Livandan olan nümayəndəsi Mari Tereza Seif strukturlaşdırılmış ətraf mühit və iqlim təhsili alan uşaqlar üçün uzunmüddətli perspektivlər barədə danışıb.
GSNP Baş katibinin Afrika bölgəsi üzrə müavini, PACJA-nın icraçı direktoru Mitika Mvenda Qlobal Cənub prioritetlərinin irəliləməsi üçün mühüm mərhələ kimi Efiopiyada COP32-nin strateji əhəmiyyətini vurğulayıb.

ZERO13-ün icaçı direktoru və GSNP üzvü Linkoln Teo genişləndirilə bilən iqlim həlləri barədə danışıb.
Panelin sonunda mövzu ətrafında suallar cavablandırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.